"NƏSLİMLƏ QƏLƏT EDƏRƏM ORA SƏFƏRƏ GEDƏRƏM!" - "Bunlar cəfəngiyyatdır, hisslərimizlə oynamasınlar"
Ötən günlərdə erməni jurnalistlərin Bakıya, azərbaycanlı media işçilərinin isə Ermənistana səfəri baş tutub. Jurnalistlərin ardınca deputatların da qarşılıqlı səfəri gözlənilir. Artıq bu istiqamətdə müzakirələr də start verilib.
Azərbaycan deputatları səfər barədə nə düşünür?
Modern.az-ın Milli Məclis üzvlərinə ünvanladığı sualı təqdim edir.
Elman Məmmədov bildirib ki, bu səfəri olduqca birmənalı qarşılayır:“Bu gün biz Ermənistana niyə gedirik, başa düşə bilmirəm... Bu sualın cavabı çox mürəkkəbdir. Müharibə vəziyyətindəyik, müvəqqəti də olsa biz hələ ki məğlub sifətindəyik və mən məğlub simada ora getməyi, düşmənlə ünsiyyət qurmağı qəbul edə bilmirəm.
İkinci tərəfdən, məsələnin həlli ən yüksək səviyyədə - dövlət rəhbərləri səviyyəsində danışıqlarda gedir. Hansısa jurnalist, deputat və ya ictimaiyyət nümayəndəsinin gördüyü iş, apardığı danışıq ölkə rəhbərliyindən yüksəkdə duracaq? Təbii ki, xeyr. Ona görə də mən belə şeyləri qəbul edə bilmirəm. Bunlar cəfəngiyyatdır”.
Tahir Kərimli qeyd edib ki, bu səfərin bizim üçün xeyrini əsaslandırmaq lazımdır:“Mən ölərəm, ora getmərəm. Əvvəla ermənilər vətənimin işğalçısıdır, ikincisi isə mənim nəslimdən çoxu şəhid düşüb. Qarabağı gedib görəsi olsaq belə, hər hansı formada əyilməyin tərəfdarı deyiləm. Düşmən düşməndir.
Düşmən əgər özü sülh elan etmirsə, biz əyilməli deyilik. Əgər sülh yolu lazımdırsa, eybi yox, qoy sülh imzalansın, sonra belə səfərlər təşkil edilsin. Biz bununla xalqımızı ruhdan salmış olarıq, elə bilərlər ki, biz onlarla barışırıq”.
Əksinə, bizimlə məzələnməkdir. Adama sual verərlər ki, ora niyə getmişdiniz və ermənilər burada nə sülənirdilər? Axı gedib nə iş gördünüz?
Jurnalistlər gəlib-getdilər, indi də deyirlər ki, deputatların qarşılıqlı səfərləri təşkil olunacaq. Azərbaycanın torpaqları işğal altındadırsa, ora getməzlər.
Hələ deyirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşsünlər. Barışdırsınlar da... Göyçə, Zəngəzur unuduldu, sabah da bacı-qardaş kimi olacağıq, gələcək nəsillərin də yadından bu hadisələr çıxacaq. Bu cür hisslərimizlə oynamasınlar.
Yəni “xalq diplomatiyası” deyilən şeyin münaqişənin həllinə heç bir təsiri yoxdur ki, ziyanı var. Bundan əvvəl də Qarabağa gediblər, görüşüblər, nə əhəmiyyəti olub?
“Xalq diplomatiyası” müharibədən, torpaqlarımızı azad edəndən sonra faydalı ola bilər. Jurnalistlər, ziyalılar, yazıçılar görüşərlər, xalqlar arasında barışığa çağırış edərlər.
Bizim torpaqlarımız işğaldadır, doğmalarımızın qəbirləri düşmən əsarətindədir, qarşılıqlı səfərlərin xeyrindən danışırlar.
Mən nəslimlə, əcdadımla qələt edərəm ora səfər edərəm. Heç vaxt getmərəm! Ona görə də utansınlar, ayıbdır...Mən Ağdama, Qarabağa qalib getmək istəyirəm”.
Şərhlər
Gosteris olsa qaca qaca gederler YEQIN... Yaxsi I qerer qebul edib bunlari buraxirlar.. Evezinde YEQIN getmeye qorxmayan cavanlari naznacit edeler. Insallah
Bunlar nə danışır? Guya jurnalist,deputat öz başına,rəsmi səfərə (o da Ermənistana) gedə bilər? Bu çıxışlar insanları çaş-baş salmaq mənası daşıyır.....
Sənin torpağının yarsını işğal edən, cavanlarını qacalaranı öldürən qanını içən düşmənlə ı........
Yagi duwmen bununla bizlere duz cokdurnek, weref ve leyaqetimizi alcaltmaq, vetene sevgimizi mehv etmek, gelecekde yeni torpaq iddalari etmek arzusundadir. Buna qeti yol vermek olmaz. Duwmen duwmendir. Biz tek Qarabagi yox, goyceni, zengezuru, iravan xanligini da geti qaytarmaliyiq. Bundan sonrasulhe imza atariq.
AQİL müə həqiqi bir sifətin var.Saq ol.
Bu Aqil Abbasın bir dostu da, Azər idi, ASif idi , yadımda deyil, oralara getmişdi, bu da onun hansısa yazısına bir alqış guruldatmışdı. İndi qələtdən filandan danışır..