Menu

Eldar Nuriyev PA-nın şöbə müdiri vəzifəsindən azad edildi - Sərəncam

29.11.2019, 17:32
Eldar Nuriyev PA-nın şöbə müdiri vəzifəsindən azad edildi - Sərəncam

Azərbayca Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri  Eldar Qasım oğlu Nuriyev vəzifəsindən azad edilib. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

Əlosət Ağayev 2019-11-29 17:39:13

Prezidentə təşəkkür!Şükr Allaha. Nəhayət ki, bu milləti belə çətin günə qoyanlardan bir getdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol