Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi və Humanitar siyasət məsələləri şöbəsinin əsasında yeni Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.
Bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Qeyd edək ki, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov idi. Fərəh Əliyeva isə indiyədək Humanitar Siyasət məsələləri şöbəsinin müdiri olub.


Şərhlər