Menu

Luçeskunun Bakı proqnozu düz çıxıb

02.12.2019, 14:10
Luçeskunun Bakı proqnozu düz çıxıb

Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçesku “ay-ulduzlular”ın Avro-2020-də A qrupuna düşəcəyini püşkdən öncə deyib.

Qol.az xəbər verir ki, rumıniyalı mütəxəssisin Türkiyə millisi ilə bağlı verdiyi proqnoz özünü doğruldub. REKLAM

O, Türkiyə yığmasının A qrupuna düşəcəyini və oyunlarını Bakıda keçirəcəyini söyləyib. Luçeskunun proqnozunun düz çıxması Türkiyədə maraqla qarşılanıb.

Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol