PAŞİNYAN DİSKUSSİYAYA GİRDİ VƏ UDUZDU - “Azərbaycan Paşinyanın savadsızlığını üzə çıxardı...”

Hələ oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin alman faşizminə xidmət göstərmiş erməni qatil Njdeyə münasibət, eləcə də ona Ermənistanda heykəl qoyulması barədə səsləndirdiyi fikirlər işğalçı ölkənin siyasi dairələrində geniş müzakirələrə yol açdı. Məhz bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın istər siyasi, istərsə də tarixi savadsızlığı, bir ölkə rəhbəri kimi hazırlıqsızlığı özünü daha çox biruzə verməyə başladı.

İndi Ermənistan mətbuatında Nikol Paşinyanın Azərbaycan Prezidenti ilə siyasi və tarixi anlamda diskussiyada uduzduğu açıq şəkildə etiraf olunur.

“AzPolitika.info” xəbər verir ki, “zham.am” saytında “Niyə Əliyev özünə Paşinyanı lağa qoymağı rəva bilir?” başlığı ilə dərc edilən yazıda Ermənistanın baş nazirinin İ.Əliyevlə diskussiyada savadsızlığının üzə çıxdığı qeyd olunur.

Məqalədə Azərbaycan Prezidentinin Nijdeni Vyaçeslav Molotov və Aleksandr Soljenitsınla müqayisə edən Paşinyanın tarixi faktlardan tamamilə anlayışının olmadığını göstərməsilə bağlı fikirləri yer alıb. Yazıda göstərilir ki, Ermənistanda Paşinyanın savadsızlığı yeni xəbər deyil. Lakin bu faktın beynəlxalq müstəvidə də tanınması ölkənin maraqlarına ziddir: “Azərbaycan əslində Paşinyanın çoxdan bildiyimiz tarix savadsızlığını üzə çıxara bildi, amma ümid edirdik ki, bu, xaricə məlum olmayacaq”.

Göründüyü kimi, məşhur “danış görək kimsən” ifadəsi Paşinyanın son iki aya yaxın dövrdə siyasi tarix və tarixi şəxsiyyətlərlə bağlı səsləndirdiyi naşı fikirlərdə bir daha öz əksini tapmış oldu. Belə ki, Azərbaycan Prezidenti Aşqabaddakı çıxışı ilə bir növ Paşinyanı diskussiyaya çəkə və onun siyasi, tarix biliklərini, siyasi savadını, daha doğrusu savadsızlığını üzə çıxara bildi. Nəticədə Ermənistanın öz daxilində, ən əsası isə beynəlxalq arenada erməni baş nazirin getdikcə daha çox qeyri-ciddi və siyasi cəhətdən savadsız fiqur kimi tanınmasına şərait yaratmış oldu.

Ermənistan mətbuatının da etiraf etdiyi kimi, qatil və alman faşizminin qulluqçusu olan Nijde kimi birinin ən çətin dövrlərdə SSRİ-nin xarici işlər naziri olmuş V.Molotov, yaxud dünyaca məşhur yazıçı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsınla müqayisə edilməsi siyasi və tarixi diletantlıqdan başqa bir şey deyil. Digər tərəfdən, Paşinyanın girişdiyi və təbii ki, uduzduğu bu diskussiya bir daha göstərdi ki, Ermənistanın “sükanı arxasında” olduqca savadsız və populist biri əyləşib.

“AzPolitika”

635x100

Şərhlər

Aqa 2019-12-04 10:54:59

ALLAH BZƏ QƏLƏBƏ NƏSİB ETSİN.Bu biabırcı adla ölməyək.MƏCBURİ KÖCKÜN- ÖZ VƏTƏNİNDƏQACQIN

Türk 2019-12-03 23:31:22

Lağa qoyulası bizik ki düşmən 26 ildir torpağımızın yarısını alıb oturub üstündə at oynadır. Bizim danışmağa nə dilimiz nə də haqqımız var. Heç olmasa bu uydurmalardansa susmaq lazımdır.

Son yazılar