Menu

Elmar Məmmədyarov Bratislavaya yola düşüb

03.12.2019, 18:03
Elmar Məmmədyarov Bratislavaya yola düşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.

Qeyd edək ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryanın görüşü keçiriləcək. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol