"NÖVBƏDƏNKƏNAR SABİQLƏR" YENİDƏN DEPUTAT OLMAQ İSTƏYİR - "Xalq bizi təkrar istəməlidir..."

Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi.

Maraqlıdır, Milli Məclisin hazırkı bitərəf deputatları növbədənkənar seçkidə namizəd olmaq istəyəcəkmi?

Modern.az saytı Milli Məclisin bitərəf deputatlarından bəzilərinin məsələyə münasibətini öyrənib.

Rasim Musabəyov tam götür-qoy edəndən sonra namizədliyini irəli sürmək haqqında qərar verəcəyini bildirib:

“Milli Məclis də cəmiyyətin bir hissəsidir, onun buraxılmasına yanaşmalar müxtəlif ola bilər. Ola bilsin ki, parlamentdə bir çoxları hazırkı dövrdən geriyə qalıblar, yeniləşməyə ehtiyac var. Mənim də yaşım az deyil, artıq 69-u tamam edəcəm. Tam götür-qoy edəndən sonra namizədliyimi irəli sürmək haqqında qərarımı verəcəm”.

Jalə Əliyeva namizdəliyin irəli sürülməsinin arzudan doğan bir məsələ olmadığını bildirib:

“Ölkədə aparılan bütün islahatların, atılan addımların Azərbaycanın inkişafına xidmət etdiyi düşüncəsindəyəm. Son illərdə bütün sahələrdə həyata keçirilən fəaliyyətin bəhrəsini, uğurlu nəticəsini görürük. Bütün bu islahatlar qaçılmaz idi və ölkənin inkişafına istiqamətlənmişdi. Təbii olaraq Azərbaycan parlamenti də bu islahatlardan, inkişafdan geri qala bilməzdi.Yenilənmiş parlament, yeni düşüncə tərzi əlbəttə ki, ölkəmizin qanunvericliyinin daha da mükəmməlləşməsinə xidmət edəcək. Namizədliyi irəli sürmək arzudan doğan bir məsələ deyil. Xalq, insanlar bizi təkrar istəməlidir. Əgər seçicilərim məni millət vəkili olaraq görərsə, sözsüz ki, namizədliyimi irəli sürəcəm”.

Madər Musayev növbəti seçkilər barədə hələ düşünmədiyini vurğulayıb:

“Hələ ki yenidən namizədliyimi vermək haqqında düşünməmişəm, lakin tezliklə bu barədə fikirləşəcəm”.

Sabir Hacıyev öncədən danışmağın doğru olmadığını bildirib:

“Növbədənkənar seçkilərin vaxtı hələ dünən açıqlanıb. Ona görə də hələ qəti söz deyə bilməyəcəm”.

Əflatun Amaşov namizədlik məsələsinin vəziyyətdəna asılı olacağını deyib:

“Hələ ki, prosesləri izləyirəm. Hesab edirəm ki, deputat olaraq ötən 4 il ərzində müəyyən işlər görə bilmişəm. Hətta seçicilərimə söz vermişəm ki, növbəti dəfə deputat seçilsəm də, seçilməsəm də imkanım daxilində onlara kömək edəcəm. Növbəti seçkilərə qatılmağım vəziyyətdən asılı olacaq”.

Aytən Mustafazadə yenidən deputat olmaq istəyini istisna etməyib:

“Növbəti seçkilərə qatılıb namizədliyimi verməyi düşünürəm”.

Vahid Əhmədov mütləq namizədliyini verəcəyini açıqlayıb:

“Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Həmçinin, gənclər də gəlməlidir. Ona görə də növbəti parlament seçkilərində mütləq namizədliyimi verəcəm”.

Aqil Abbas növbəti seçkilərdə seçicilərinin fikirlərinə önəm verəcəyini qeyd edib:

“Qarabağ bölgəsindən 3 dəfə Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşüb məndən razı qalıb-qalmadıqlarını soruşmuşam. “Hə” cavabı aldığıma görə namizədliyimi vermişəm. Bu dəfə də elə edəcəm. Seçicilərim nə cavab versələr, ona da uyğun hərəkət edəcəm”.

635x100

Şərhlər

Bəxtiyar Əliyev 2019-12-11 01:53:58

Hüquqşünasların əmək hüquqlarını pozan İnstitut direktorunun deputat olmağa mənəvi hüququ yoxdur

kamran 2019-12-10 18:47:24

Aqil Abbas da bu parlamentə lazımdır- Qarabağ onların "balalarının" əlindədir.

arif.saatli 2019-12-09 11:33:24

saatlidan iki deputat tayin olunub .biri gurcustanli /digari ermanistanli tayin olunub .....

Rəhim Babayev 2019-12-07 19:14:21

Ancaq və ancaq Vahid müəllimə səs verərəm. Allah ona can sağlığı versin. LƏNKƏRANDAN SALAMLAR!!!

Leyla 2019-12-07 00:19:10

Goresen onda parlament niye buraxilirdi

oleq 2019-12-06 21:45:33

bu aqil .... -səni nə vaxt qarabaglılar seçib ki,özünü bizə yamama,get başqa yerdə küllən1

Xaləddin 2019-12-06 20:33:29

Gör bunlar xalqı nə sayırlar? Xaılq bunları istəməlidir nə deməkdir? Onların xalqa,yoxsa xalqın onlaralra borcu var? Belə tələb yalnız ...

Omer 2019-12-06 18:51:39

Gedin dincelin.. Dadin cixardin.

[email protected] 2019-12-06 18:42:23

Yalnız Vahid Əhmədov yenidən çecilməyı layiqdir.

Vaqif 2019-12-06 14:10:55

Hansı üzlə?

Vətəndaş 2019-12-06 13:43:31

Xalq sizi təkrar niyə və hansı xeyirxah işinizə görə istəməlidir? Guya Sizi xalq seçmişdi?Utanmasan oynamağa nə var ki!u

Azin 2019-12-06 13:11:31

Gəminin kapitanı dəyişmirsə yeni komanda həmin kapianın istəyi ilə işləyəcək və nəticə əvvəlkindən də pis olacaq

Elli 2019-12-06 12:04:51

Bunlardan ancaq Vahid Əhmədova hə deyərəm.

Aqa 2019-12-06 11:05:42

V.ƏHMƏDOV xalqa lazım olan kadırdır kaş o baş nazirin birinci müavini olaydı.Hec olmasa DEPUTAT olmaq ücün namizədliyini versə secim XALQ ücün Vahd müş. olacaq.

eldar 2019-12-06 10:56:32

AXIR Kİ ÖZ .... ÖZLƏRİ TAM TƏSDİQLƏDİLƏR. ALLAH BUNLARDAN SONRA GƏLƏNLƏRDƏN BU MİLLƏTİ QORUSUN

Eldar 2019-12-06 10:54:31

MÜFTƏXOR ANTİ MİLLƏT VƏKİLLƏRİ ŞOKDADIRLAR. BUNLARIN BİRİ BİRCƏ DƏFƏ MÜSTƏQİL PRİNSİPAL OLARAQ MİLLƏTİN XEYİR VERƏCƏK BİR ADDIM ATMAYIBLAR. ANCAQ LEHİNƏ PULTUNU BASMAQLA MƏŞĞUL OLUBLAR. BELƏ OLMASA İDİ İNDİ 99 FAİZ ÖZLƏRİNƏ PROTİV SƏS VERMƏZDİRLƏR Kİ ONLAR ...

Arif 2019-12-06 10:45:34

Heç nə yaxşı olası deyil. Könə hamam köhnə tas.

Son yazılar