İlyas İsmayılov seçkilərə qatılmayacaq - Ədalət partiyası qərarını verib

Dekabrın 7-də Ədalət partiyasının Siyasi Şurasının ənənəvi toplantısı olub və toplantıda növbədənkənar parlament seçkiləri müzakirə edilib.

Siyasi Şura üzvləri boykot və seçkilərdə iştirak məsələsini geniş şəkildə müzakirə etdikdən seçkilərə qatılmaq haqda qərar veriblər.

Bildirildiyinə görə, boykot taktikasının faktiki real əsasının olmadığı qənaətinə gələn "Ədalət" yetkililəri mojaritar qaydada seçkilərdə iştiraka qərar veriblər.

Ədalət partiyasının sədri İlyas İsmayılov isə seçkilərə qatılmaq istəməyib və partiya namizədlərinə xeyir-dua verib. (Ovqat.com)

635x100

Şərhlər

yalçın 2019-12-08 12:21:30

majoritar

t.ədalət 2019-12-08 11:26:01

Məlumdur ki,hakimiyyətə yaxın adamlara "yaş məhdudiyyəti" tətbiq olunmur.Gələcəkdə "seçiləcək" savadsız və səriştəsiz cavan deputatlardansa İlyas müəllim kimi ağıllı və savadlı bir şəxsin seçilməsi millətə və dövlətə baş ucalığı gətirər.Həm də İlyas müəllim təmiz türkdür.

Son yazılar