Menu

Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var

09.12.2019, 00:07
Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb. Məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Təyyarə evin həyətinə düşüb. Qəza zamanı 2 nəfər həlak olub.

Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb. Qeyd edilir ki, həlak olanlar 30 və 65 yaşlı yaşlarında iki nəfərdir. İlkin informasiyaya əsasən, həlak olanlardan biri - təcrübəli pilot Viktoras Ramonasdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol