BU GÜN ZELENSKİ İLƏ PUTİN İLK DƏFƏ GÖRÜŞÜR - Merkel və Makron da iştirak edəcək

Bu gün - dekabrın 9-da Ukrayna və Rusiya prezidentlərinin çoxdan gözlənilən görüşü baş tutmalıdır. Görüşdə məqsəd Ukraynanın şərqində 2014-cü ildən davam edən, 13 mindən çox adamın həyatına son qoymuş münaqişənin həlli yollarını müzakirə etməkdir. 

“AzPolitika.info” “azadliq.org”-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Angela Merkelin də qatılacağı gözlənir. Bu, Normandiya Formatında danışıqlar adlanır. 

Xatırladaq ki, Ukrayna və Rusiya liderləri 2016-cı ildən bəri ilk dəfədir bir araya gəlir. Zelenski apreldə prezident seçilib və Putinlə ilk görüşüdür. Moskva Ukraynanın şərqində separatçılara dəstək vermədiyini desə də, indiyədək belə bir hərbi, iqtisadi və siyasi dəstəyə əsaslı dəlil ortaya qoyulub. Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabrında qərar çıxarıb ki, Ukraynanın şərqindəki müharibə “Ukrayna və Rusiya Federasiya arasında beynəlxalq silahlı münaqişədir”. Bu münaqişədə indiyədək 13 mindən çox adam ölüb.

Danışıqlar öncəsi Kreml Kiyevə təzyiq göstərməyə çalışıb, Donbasda dəstəklədiyi separatçıların əlində olan torpaqdan təzyiq vasitəsi kimi istifadə edib. Ukrayna prezidenti isə bu arada həm sülhə doğru proqresdən yararlanmalı, həm də Moskvaya təslim olurmuş kimi görünməməlidir.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dekabrın 6-da deyib ki, Moskva “münaqişənin həllinə kömək edəcək əlavə razılaşmalar” gözləyir.

Onun sözlərinə görə, Moskva “Minsk razılaşmalarında nəzərdə tutulduğu kimi, Donbasda əhalinin təhlükəsizliyini, onların hüquqlarını həqiqətən təmin etməyə, bu münaqişəni dayandırmağa” çalışır.

Minsk razılaşmaları 2014 və 2015-ci illərdə Belarusun paytaxtında əldə olunub. Bu sənədlər atəşkəsi, ağır texnikanın çıxarılmasını, Kiyevin Ukrayna sərhədlərinə nəzarətinin bərpasını, separatçıların əlində olan ərazilər üçün xüsusi status, həmin ərazidə seçki keçirilməsini nəzərdə tutur.

Ancaq indiyədək razılaşma tam yerinə yetirilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar