Menu

Xırdalanda partlayış olub - Xəsarət alan var

09.12.2019, 11:42
Xırdalanda partlayış olub - Xəsarət alan var

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

FHN-dən verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol