Menu

5 günlük dərs olan məktəblərdə tətil neçə gün olacaq? - Açıqlama

12.12.2019, 14:11
5 günlük dərs olan məktəblərdə tətil neçə gün olacaq? - Açıqlama

"Yeni ildə 5 günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik hələlik məsələ ilə qərar verməyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyi tərəfindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol