Menu

Azərbaycanda hərbçilər qəzaya düşdü

27.10.2013, 21:27
Azərbaycanda hərbçilər qəzaya düşdü

Füzuli rayonunda toydan qayıdan hərbçilərin içində olduğu "Mercedes" markalı maşın su kanalına düşüb

Füzuli rayonunda içərisində hərbçilər olan maşın qəzaya uğrayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 18:00 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində baş verib. Belə ki, içərisində 3 hərbçi olan "Mercedes" markalı maşın yoldan çıxaraq qəza törədib. Yaralılar dərhal yaxınlıqdakı hərbi hospitala çatdırılıblar.

Şahidlərin ANS PRESS-ə verdikləri məlumata görə, qəzaya uğrayanlar hərbi hospitalın həkimləri olublar. Hərbçilər adıçəkilən kənddəki şadlıq sarayında keçirilən toy mərasimində iştirak ediblər. Hadisə onlar toydan qayıdanda baş verib. Onların idarə etdikləri avtomobil Baş Mil kanalına düşüb.

Qəzanın səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol