Həbsdə olan qonşusuna narkotik aparan şəxs tutulub

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Nəbiyev Əli Maxsud oğlu ilə qısamüddətli görüşə getmiş qonşusu, Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlu tərəfindən aparılmış sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 3 ədəd bükülüdə 1,227 qram narkotik maddə - marixuana və 10 ədəd siqaret filtirində xüsusi üsulla gizlədilmiş toz halında 2 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar