İŞİD hərbi bazaya hücum çəkdi - 71 ölü

Nigerdə “İŞİD”-in məsuliyyəti üzərinə götürdüyü hücum Niger hərbisində ən qanlı hücumlardan biri olub. Bir neçə yüz nəfər güclü silahlanmış militanın ölkənin qərbində - Mali ilə sərhədə yaxın yerdə yerləşmiş hərbi bazaya hücumu nəticəsində 71 hərbçi ölüb.

Bu barədə Nigerin Müdafiə naziri İssufu Katambe məlumat verib. O, baş vermiş döyüşdə “əhəmiyyətli sayda terrorçunun zərərsizləşdirildiyini bildirib”. “İŞİS” sosial şəbəkələrdə iddia edib ki, hərbi bazanı ələ keçirmək üçün bir neçə saat cəhd ediblər və bir neçə tank daxil olmaqla silah-sursat ələ keçiriblər. Terror təşkilatı iddiasını əsaslandıracaq əlavə məlumat verməyib.

“CNN”-nin məlumatına görə, ölkə Prezidentinin “Twitter” səhifəsindən bildirilib ki, Prezident Mahamadu İssufu (Mahamadou Issoufou) “faciə” baş verərkən, Misirdə olub və səfərini yarımçıq kəsərək, ölkəyə dönüb. Hücum Fransa Prezidenti Emmanuel Makronun (Emmanuel Macron) 5 Qərbi Afrika lideri ilə regionda pisləşən təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təşkil olunacaq görüşdən bir neçə gün əvvəl baş verib. “Reuters” bildirir ki, bu görüş artıq 2020-ci ilin əvvəlinə təxirə salınıb. Niger Mavritaniya, Çad, Burkina Faso və Mali ilə birlikdə 2014-cü ildə formalaşdırılmış G5 Sahel qüvvələrinin üzvü olan 5 dövlətdən biridir.(Tərcümə: xarici pressa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar