Yeni Zelandiyada vulkan püskürməsi qurbanlarının sayı 16 nəfərə çatıb

Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan püskürməsi nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.Bu barədə "Report" "The New Zealand Herald" qəzetinin elektron versiyasına istinadən xəbər verir.

Qeyd edilir ki, vulkan püskürməsi zamanı ağır xəsarətlər almış daha 1nəfər aparıldığı Yeni Cənubi Uels klinikalarından birində ölüb.

Ştat polisi bu informasiyanı təsdiq edib. Öz növbəsində Yeni Zelandiya polisi bildirib ki, daha 2 nəfər itkin düşmüş hesab edilir

Yeni Zelandiyanın Ağ Adasında ("White Island") vulkan dekabrın 9-da püskürüb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar