Menu

XİN başçılarının Tbilisi görüşü dekabrın sonuna qədər keçiriləcək

18.12.2019, 10:53
XİN başçılarının Tbilisi görüşü dekabrın sonuna qədər keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, səkkizinci üçtərəfli görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi üçün hazırda tərəflər arasında informasiya mübadiləsi həyata keçirilir.

“Görüş dekabr ayının sonuna qədər mütləq keçiriləcək”, - deyə XİN-dən vurğulanıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın xarici işlər naziri David Zalkaliani XİN başçılarının üçtərəfli görüşünün planlaşdırıldığını deyib.

Üçtərəfli görüş Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli idi. Lakin Türkiyə tərəfinin müraciəti əsasında görüş təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhəri ev sahibliyi edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol