Zeynəb Xanlarova ABŞ-a köçməsi, bu ölkədə fond yaratması, çrikli pulların yuyulmasında adının hallandırılması barədə xəbərlərdən sarsılıb. Bu isə onun səhhətinə mənfi təsir göstərib.Yenisabah.az-ın məlumatına görə, hazırda Bakıda olan xalq artistinin sağlıq durumunun o qədər də yaxşı olmadığı bildirilir. Onun həkim nəzarətində olduğu qeyd edilir.

Məlumatda həmçinin qeyd edilir ki, Zeynəb Xanlarovanın ittihamlara cavab verməməsi küskünlükdən irəli gəlir. Xalq artisti hələ də inan bilmir ki, cəmiyyətdə ona bu qədər mənfi münasibət ola bilər. Digər tərəfdən, xalq artisti düşünür ki, bütün bunlar hansısa qüvvələrin ona qarşı apardığı kampaniyadır.

Sayt məlumatı dəqiqləşdirmək üçün Zeynəb Xanlarova və onun köməkçisi ilə əlaqə saxlamağa çalışdığını, lakin çoxsaylı cəhdlərin nəticə vermədiyini bildirib.

Qeyd edək ki, Zeynəb Xanlarovanın ətrafının bu xəbəri qəsdən yaydığını da istisna etmək olmaz. Azərbaycanda xeyli sayda vətəndaşın sosial müdafiəyə, imkanlı insanlkarın xeyriyyəçilk fəaliyyətləinə ehtiyacı olduğu halda Zeynəb Xanlarovanın gedib ABŞ-da Xeyriyyə Fondu yaratmasına məntiqi izah vermək, haqq qazandırmaq mümkün deyil. Onun belə bir addım atması yumşaq desək, ölkə vətəndaşlarında məyusluq yaradıb. Zeynəb Xanlarovanı deyə bilmərik, ancaq əminik ki, onu sevənlər deputat xanımım bu hərəkətindən sarsılıblar. 

Zeynəb Xanlarova isə yəqin ki, ABŞ-da öz  adına Xeyriyyə Fondu açmasının ortaya çıxmasından narahat olub. Hər halda hər çıxışında "canım millətim", "canım  vətənim", "canım Azərbaycanım" deyən, Azərbaycan xalqının hesabına mümkün olan bütün titulları, böyük imkanlar əldə edən, özünün dediyi kimi "dünyanın xoşbəxtinə" çevrilən Zeynəb xanım, gedib ABŞ-da xeyriyyəçilik fəaliyyətilə məşğul olmasının heç də yaxşı qarşlanmayacağının fərqindədir. Bununlai illər uzunu dediklərinin tam əksinə hərəkət etmiş oldu. Təəssüf...

AzPolitika.info