Saat 07:00 radələrində "İçərişəhər" metrostansiyasında qatarların birində texniki nasazlıq yaranıb
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov əlavə edib ki, həmin qatar depoya sərnişinsiz göndərilib:
"Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Nəticədə qırmızı xətt üzrə yəni "İçərişəhər" metrostansiyası istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Hazırda dispetçerlər intervalın normaya qaytarılması ilə bağlı işlər görür. Tezliklə hər şey normasına düşəcək".


Şərhlər