Menu

AYİB Azərbaycanda sahibkarlığın inkişafı üçün yeni kredit xətti ayırıb

20.12.2019, 16:52
AYİB Azərbaycanda sahibkarlığın inkişafı üçün yeni kredit xətti ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı (Aİ) yeni maliyyələşdirmə ilə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda kiçik və orta sahibkarlığa dəstəklərini genişləndirirlər.

AYİB-dən "APA-Economics"ə verilən məlumata görə, AYİB onun daha rəqabətli fəaliyyət göstərdiyi bölgələrdə yeni bizneslərə başlamaq üçün yerli maliyyə qurumlarını 250 mln. avrodan çox kredit xətti ilə təmin edəcək. Bu maliyyə dəstəyi kiçik və orta sahibkarlığa Dərin və Hərtərəfli Azad Ticarət Zonasının (DCFTA) açdığı imkanlardan faydalanmağa kömək edəcək.

Bununla yanaşı, Aİ bu investisiyalara dəstək olmaq məqsədilə texniki yardım vasitəsi ilə 67,6 mln. avro dəyərində qrantlar ayıracaq və bu, yüksək bazar potensialı olan yaşıl texnologiyalar haqqında məlumatlılığı artıracaq və borcalanlara sözügedən texnologiyaları investisiya təşviqi təmin edərək qəbul etdirəcək.

Şərhlər

Sahibkar 2019-12-20 19:35:59

Heyif ki,bu kreditlərin iri məbləğləri müəyyən adamlara verilir. Onlar da istədiyi kimi istifadə edir və sonra heç qaytaermırlar.Sadə adamlara isə həm faiz yüksək olu,.həm də aşağı məbləğ göstərilir.k

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol