İtaliya məhkəmsi Rusiyadakı Birləşmiş Mühərrikqayırma Korporasiyasının (ODK) biznesin inkişafı üzrə direktoru Aleksandır Korşunovun ABŞ-a ekstradisiyasına icazə verib.
Azpolitika.info azadliq.org-a istinadən xəbər verir ki, bu müəssisə "Rostex" birliyinin tərkibinə daxildir. Korşunovun vəkilləri deyiblər iki həftəərzində bu hökmdən şikayət verəcəklər.
Korşunov Vaşinqtonun orderi ilə sentyabrın əvvəllərində Neapolda saxlanıb. ABŞ onu Amerikanın GE Aviation aviasiya şirkətinin kommersiya sirlərinin oğurlanması məqsədilə sövdələşməyə girmək cəhdinə ittiham edir. GE Aviation aviasiya mühərriklərinin bütün dünyda aparıcı istehsalçısıdır.
Amerika tərəfinin verdiyi məlumata görə rusiyalı, iqtisadi casusluqla 2009-2017-ci illərdə, ODK-də işlədiyi vaxtlarda məşğul olub.
O vaxt Korşunov bu müəssisədə marketinq və satış üzrə direktor vəzifəsini tuturdu. Həmin vaxt Rusiyada çıxan Vedomosti qəzeti yazırdı ki, ABŞ-dan əldə edilmiş informasiyadan Rusiyanın PD-14 aviasiya mühərrikinin tikintisində istifadə olunmalı idi.
Korşunovun ekstradisiyasını Rusiya da tələb edir. Moskva onu mənimsəmədə və oğurluqda ittiham edir.Korşunovun özü Rusiyaya ekstradisiya olunmaq istəyirdi.


Şərhlər