Menu

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb

23.12.2019, 10:24
Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

"Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir", nazirlikdən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol