Menu

Poroşenko ilə Putin Avropada görüşəcəklər

25.09.2014, 21:31
Poroşenko ilə Putin Avropada görüşəcəklər

Ukrayna prezidenti Pyotr Poroşenko yaxın üç həftə ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Poroşenko bu gün mətbuat konfransı zamanı bildirib.

"Mən düşünürəm ki, yaxın üç həftə ərzində Vladimir Vladimiroviçlə görüşümüz olacaq", - deyə Poroşenko qeyd edib.

Onun sözlərinə görə, görüş geniş formatda olacaq, amma tədbirdə ikitərəfli danışıqların keçirilməsi istisna edilmir.

"Görüş Avropada olacaq. Bu barədə artıq ilkin razılıqlar əldə olunub. Görüşdə sülh planının reallaşdırılması məsələləri müzakirə ediləcək", - deyə Ukrayna prezidenti bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol