Menu

Polis “Sədərək”də əməliyyat keçirib - FOTO

23.12.2019, 20:15
Polis “Sədərək”də əməliyyat keçirib - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat həyata keçirilib.

“AzPolitika” xəbər verir ki, qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Azer 2019-12-24 09:29:52

bu mal olkeye havadan gelib!!!az qala quslarida yoxlayirlar yazig yesir-yesur

Adil 2019-12-24 09:07:13

Kômrûkden cöpde kecirtmek olmur pul vermesen ) qetireni tutundaaaa bu yetimler kimdiki

vidadi goyce 2019-12-24 09:04:52

bu mallarin gomruk beyannamesi kimin adina yazilib

eloqlu 2019-12-24 07:58:01

Buraxin o yetimleri !!!!! ayibdiyeeee Vallahi Ayib

Aqa 2019-12-23 20:32:51

Bu malları ölkəyə ğətirəni kömrükdən buraxanı TUTMAQ lazımdır.YOXSA yetim yesiri tuturlar MƏMURLAR QALIR.Əsil cinayətkarlar gizlənir yetim -yesir türməyə ğedir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol