Menu

Misirdə baş verən yol qəzasında 22 nəfər ölüb

28.12.2019, 23:46
Misirdə baş verən yol qəzasında 22 nəfər ölüb

Misirin qərbində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı azı 22 nəfər ölüb, 7 nəfər xəsarət alıb.“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Polisin məlumatına görə, Port-Səid rayonu ərazisində işçiləri daşıyan sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol