"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib".
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, 350 nəfər 18 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1142 nəfəri isə artıq imza vərəqələrini götürüb. 159 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb".


Şərhlər
O 74 nəfəri məcbur edib ərizə yazdırıblar, çünki YAP a qarşı heç kəs dura bilməz
Məzahir bəy,sənuin siyahiyə yazacağın deputat sayı 125!BUnları asanlıqla partiyaların namizədləri içərisindən siyahiyə yaza biləcəksən.Qalan 1447 nəfər arasından siahiyə yazacağın isə yalnız YAP üzvü olan və yanlış olaraq fərdi qaydada namizəd olanlar olduğu indidən bəlli olduğu halda bu seçki oyunu deyilmi?
Fərdi qaydada deputatlığa namizədliyini yalnız bitərəflər irəli sürə bildiyii MSK bilməlidir.Çünki 125 yerə partiyalar kifayət qədər namizəd veriblər.Biflərəf yalnız partiya mənsubiyyəti olmayan həqiqi bitərəf ola bilər.MSK buna diqqət verməlidir.Namizədlərin mənsubiyyətliyi yoxlandıqdan,təsdiqini tapdıqdan sonra bu mümkün ola bilər.