Menu

ABŞ-ın Küveytdəki Səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir

03.01.2020, 20:17
ABŞ-ın Küveytdəki Səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir

ABŞ-ın Küveytdəki Səfirliyi regionda baş verən hadisələrlə əlaqədar öz ərazisində təhlükəsizliyin təmin olunması üzrə tədbirləri gücləndirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

"ABŞ-ın Küveytdəki Səfirliyi regionda təhlükəsizlik sahəsində gərginliyin artmasını anlayır. Səfirlik ehtiyat üçün təhlükəsizlik sahəsində tədbirləri gücləndirir", - deyə sənəddə qeyd edilir.

Bununla belə, diplomatik missiya viza və konsulluq məsələləri ilə məşğul olmağa davam edəcək.

"Hazırda bizə Küveytdə ABŞ-ın ayrı-ayrı vətəndaşlarının ünvanına ehtimal olunan konkret təhlükələr məlum deyil. Bununla belə, bu vəziyyət ABŞ vətəndaşlarına ayıq-sayıqlığın yüksək səviyyəsini saxlamağın lazım olduğunu xatırlatmağa xidmət edir", - səfirlikdə bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol