Menu

Süleymaninin dəfn mərasimində faciə - 65 nəfər öldü, 213 yaralı var (Yenilənib)

07.01.2020, 20:50
Süleymaninin dəfn mərasimində faciə - 65 nəfər öldü, 213 yaralı var (Yenilənib)

İranın Kerman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaranmış izdihamda ölənlərin sayı artıb.

APA-nın Tehran bürosunun Kerman Tibb Universitetinin Ekspertiza Mərkəzinə istinadla verdiyi məlumata görə, ölənlərin sayı 65 nəfərə çatıb.

Yaralılar isə 200 nəfərdən çoxdur.

***

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı artır.

Ölkənin Təcili Tibbi Yardım Xidmətinin yaydığı məlumatda izdihamda ölənlərinin sayının 40-a, yaralananların sayının isə 213-ə çatdığı bildirilir.

Qeyd edək ki, izdihamda kütləvi ölənlərin və yaralananların olması ilə əlaqədar Q.Süleymaninin dəfn mərasimi təxirə salınıb.

****

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanlar olub.

Bunu İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd deyib.

İran dövlət televiziyasının ölən və xəsarət alanların sayı haqqında məlumat yayıb. Bildirilib ki, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol