Menu

Dünyanın ən güclü pasportları – Azərbaycan regionda ikincidir

08.01.2020, 00:12
Dünyanın ən güclü pasportları – Azərbaycan regionda ikincidir

“Henley Passport 2020” indeksinə görə, dünyanın ən güclü pasportlarının yeni siyahısı açıqlanıb. Hesabat, Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının xüsusi məlumatlarına əsaslanır.

Söhbət, hansıölkələrin pasportu ilə digər ölkələrə vizasız gediş-gəlişdən gedir.

Yeni siyahıya yenə də Asiya ölkələri başda gedir. Yaponiya 191 ölkəyə vizasız girişlə 3-cüildir ki, dalbadal siyahıya liderlik edir.

Bundan sonra 190 balla Sinqapur 2-ci, 189 balla Almaniya 3-cü , 188 balla İtaliya və Finlandiya 4-cü, 187 balla isə Danimarka, Lüksenburq və Fransa 5-ci yerləri bölüşürlər.

Yeni siyahıda ABŞ-la İngiltərənin reytinqi azalmaqda davam edir.Bu ölkələr siyahıda 8-ci yerdə qərarlaşırlar.

Azərbaycan pasportu yeni siyahıda 67 balla 76-cı sırada gəlir.

Onun qonşuları Gürcüstan 116 balla 53-cü, Ermənistan 62 balla 81-ci, İran isə 41 xalla 98-ci yerdə qərarlaşır.

Siyahıya sondan yenə də Əfqanıstan başçılıq edir. Bu ölkənin vətəndaşları cəmi 26 ölkəyə vizasız gedə bilirlər.

Son beşliyə Əfqanıstan, İraq, Suriya, Somali və Pakistan daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol