Menu

Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb

09.01.2020, 15:03
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol