Bakının “Ukrayna dairəsi” ərazisində yük avtomobilinin törətdiyi qəza digər hərəkət iştirakçılarına və piyadalara qorxulu anlar yaşadıb.
“AzPolitika.info”-nun hadisə yerində olan əməkdaşının məlumatına görə, mərmərlə dolu yük avtomobili yolun hərəkət hissəsindən səkiyə çıxaraq, aşıb.
Avtomobilin əyləcinin sıradan çıxması səbəbilə qəza törətdiyi ehtimal olunur. Xoşbəxtlikdən yük maşını digər nəqliyyat vasitələrinə və ən əsası da səkidə hərəkət edən piyadalara xəsarət yetirməyib.




Şərhlər