Menu

ABŞ-ın Bağdaddakı aviabazasının ətrafına növbəti raket atılıb

09.01.2020, 23:30
ABŞ-ın Bağdaddakı aviabazasının ətrafına növbəti raket atılıb

İraqın paytaxtı Bağdaddan şimaldakı Əd-Dudjeyl (Salah-əd-Din vilayəti-red) ərazisindəki "Balad" aviabazası yaxınlığında raket düşüb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.

Raketin hansı istiqamətdən atıldığı məlum deyil.

“Mawazin News” informasiya portalı da xəbəri təsdiqləyib. Portal bildirib ki, raket atəşi nəticəsində zərər çəkən olmayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, “Balad” ABŞ-ın İraqdakı aviabazasıdır. Baza yanvarın 4-də də raket atəşinə tutulub. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raket atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol