Menu

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

12.01.2020, 16:00
Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

Qeyd edək ki, PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol