Menu

Bakıda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

13.01.2020, 21:29
Bakıda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib.

1986-cı il təvəllüdlü Budaqov Yusif Əsgər oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, o, qapalı kəllə-beyin travması alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol