Menu

"Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır" - Səfirlik

14.01.2020, 17:10
"Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır" - Səfirlik

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, Pakistanın bu məsələdəki mövqeyi dəyişməzdir.

"Bir daha qeyd edirik ki, Pakistanın Ermənistanı tanımaq məsələsində mövqeyi dəyişməzdir. KİV-də yanvarın 10-da dərc olunan bu yazının heç bir əsası yoxdur”, - səfirliyin açıqlamasında deyilir.

Şərhlər

Görməyib Bilməzov 2020-01-14 22:39:33

Bəs, UTKANI kimlər buraxır, Azərbaycanın saxta mətbuatı da tuturmuş?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol