Menu

Bülənt Ecevitin həyat yoldaşı vəfat etdi

18.01.2020, 00:21
Bülənt Ecevitin həyat yoldaşı vəfat etdi

Türkiyənin Demokratik Sol Partiyasının banisi və ilk sədri, mərhum Baş nazir Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit vəfat edib.

Haberglobal.com-un məlumatına görə, 97 yaşılı Ecevit müalicə aldığı Gülhanə Xəstəxanasında gözlərini əbədi yumub.

Rahşanın ölümü ilə bağlı məşhurlar və siyasət xadimləri sosial mediada paylaşımlar ediblər.

Qeyd edək ki, Rahşan Ecevit 1923-cü ildə Bursada dünyaya gəlib. O, rəssam, yazar və siyasətçi kimi fəaliyyət göstərib. 1946-cı ildə Bülənt Ecevitlə ailə qurub.(oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol