Menu

"Bu cəhətdən YAP-ın namizədlərinin üstünlüyü var" - Siyavuş Novruzov

20.01.2020, 11:45
"Bu cəhətdən YAP-ın namizədlərinin üstünlüyü var" - Siyavuş Novruzov

"Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar parlament seçkilərinə 123 nəfərin namizədliyi irəli sürülüb və qeydiyyata alınıb".

Bunu açıqlamasında Siyavuş Novruzov deyib. O bildirib ki, yanvarın 17-dən təbliğat-təşviqat kampaniyasınına başlanılıb:

"Bu kampaniyada hər bir namizəd iştirak edir. Hər bir namizəd üçün şərait yaradılıb, qapalı və açıq yerlər müəyyənləşdirilib. Biz əsas üstünlük veririk ki, vətəndaşların yaşadığı ərazilərdə, məhlələrdə, küçələrdə görüşlər keçirilsin. Prezidentimizin apardığı siyasət birbaşa insanlara çatdırılsın. Bu cəhətdən YAP-ın namizədlərinin üstünlüyü var. Bu seçkiləri də uğurla başa çatdıracağımızı düşünürük".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol