Pərvin Kərimzadənin məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub - FOTO

Gəncə Dövlət Uniuversitetinin prorektoru, millət vəkili, tarix elmləri üzrə fəlsəfə doktoru Pərvin Kərimzadənin Gəncənin tarixindən bəhs edən, Rusiyanın nüfuzlu “Вопросы истории” jurnalında dərc olunan növbəti məqaləsi qlobal elmi baza “Web of Science Core Collection” platformasına daxil edilib.

“AzPolitika.info” xəbər verir ki, məqalədə Gəncədə XX əsrin əvvəllərində təhsilin vəziyyəti, təhsilin formalaşan milli hərəkata təsiri, Gəncənin milli hərəkatın mərkəzinə çevrilməsi məsələləri araşdırılıb.

Pərvin Kərimzadə bu barədə bildirib ki, Qarabağ məsələsi, Gəncə tarixi elmi fəaliyyətimin əsasını təşkil edir: “O cümlədən, XX əsrin əvvəllərində Gəncədə milli hərəkat, ilk milli partiyalar, Gəncənin tanınmış şəxsiyyətləri (Ə.Rəfibəyli, M Pişnamazzadə, A.Ziyadxanov, İ.Ziyadxanov və başqaları), 1905-1906-cı illərdə Gəncədə ermənilərin törətdiyi təxribatlar, və digər mövzularla bağlı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin (Türkiyə, Fransa, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan və s.) nüfuzlu elmi nəşrlərində, web of science bazasına daxil olan jurnallarda elmi məqalələrim dərc edilib”.

P.Kərimzadə vurğulayıb ki, Daşnaksyutun partiyasının terrorçu fəaliyyətini ifşa edən məqaləsinin xarici ölkələrin mötəbər jurnallarında dərc edilməsi Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində apardığı işlərdən biridir.

Xatırladaq ki, Pərvin Kərimzadə V çağırış Azərbaycan Milli Məclisinin üzvüdür, hakim Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində onun namizədliyini 37 saylı Gəncə Birinci Seçki Dairəsindən irəli sürüb.

"AzPolitika.info"


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar