PARTİYALARIN “YOXA ÇIXDIĞI” SEÇKİ – Bu dəfə siyasətçilər yox, müstəqillər önə çıxırlar

Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin ilk həftəsi geridə qalıb. Namizədlərin qeydə alınma mərhələsində olduğu kimi, bu mərhələdə də fövqəladə bir hadisə baş verməyib, prosesə müdaxilə ilə bağlı ara-sıra şikayətlər olsa da, siyasi mənzərəni korlayacaq qalmaqallı olaylar müşahidə olunmayıb.

Seçki prosesinin gedişini dəyərləndirmək əvvəllər olduğundan indi daha rahatdır. Demək olar, bütün seçki iştirakçıları sosial şəbəkələr üzərindən təbliğat aparmağa üstünlük verirlər. Odur ki, kampaniyanın gedişini izləyib müşahidələri bölüşməklə, obyektiv nəticə çıxarmaq mümkündür.

Əsas diqqətçəkən məqam siyasi partiyaların seçki kampaniyasında olduqca zəif iştirakıdır. Qeydə alınmış 1500-ə yaxın namizəddən cəmi 300-ə yaxını 21 siyasi partiya tərəfindən irəli sürülüb. Qalanları bitərəflər və partiyalılığını göstərməyən şəxslərdir.

Seçkidən əvvəl böyük nəticələr əldə edəcəklərini vəd edən Müsavat və ReAL partiyalarının da prosesdə iştirakı nəzərə çarpmır. Məsələn, 15 saylı dairədə Müsavat və ADP-nın liderləri rəqibdirlər. Amma buna rəğmən, nə sosial şəbəkələrdə, nə də dairə ərazisində namizədlərin aktiv kampaniyası aparılmir. Yaxud, 19 saylı Nərimanov ikinci Seçki Dairəsində Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin seçki kampaniyası tamamilə sönük keçir. Nə görüşlər, nə sosial şəbəkələrdə çıxışlar, nə də videomüraciətlər yoxdur. Mitinq haqda isə heç danışmağa dəyməz.

ReAl Partiyasının tanınmış iki namizədi - 12 saylı Qaradağ-Yasamal Seçki Dairəsindən Natiq Cəfərli və 16 saylı Yasamal ikinci Seçki Dairəsindən Erkin Qədirlinin də hər hansı seçki kampaniyasından danışmaq mümkün deyil. Hər iki dairədən hakim partiyanın ciddi rəsmi namizədlər irəli sürməməsi görünür, ReAL-çıları tam arxayın salıb.

Daha bir misal kimi Müsavat Partiyasının 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədi Arzu Səmədbəylinin, 84 saylı Füzuli Seçki Dairəsindən namizədi, tanınmış vəkil Osman Kazımovun passiv seçki kampaniyalarını qeyd etmək olar. Deputat Azay Quliyev və iqtisadçı Vüqar Bayramov isə bu dairələrdə aktiv seçki kampaniyası aparırlar. Həm əhali ilə görüşlər keçirilir, həm də sosial şəbəkələrdə, mediada təbliğat aparılır. Doğrudur, O. Kazımov hakimiyyətin V.Bayramova gizli dəstəyindən şikayətlənir, amma özü də ortaya hələlik bir iş qoya bilməyib.

Adları çəkilən partiyaların rayonlarda seçki fəaliyyəti isə ümumiyyətlə bərbaddır. Onlarla namizədləri qeydə alınsa da, onların hər-hansı fəaliyyəti müşahidə edilmir. Eyni durum seçkiyə qoşulan digər partiyalara da aiddir. Məsələn, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP sədri Sabir Rüstəmxanlıdan başqa bu partiyaların digər namizədlərinin təbliğat-təşviqat kampaniyaları hiss olunmur. 

Seçkinin daha bir diqqətçəkən məqamı müstəqil namizədlərin fəallığıdır. Məsələn, 29 saylı Səbail Seçki Dairəsində hər iki müstəqil namizəd - Bəxtiyar Hacıyev və Nigar Arpadarai fəal seçki kampaniyası aparırlar. Qazaxda Səməd Seyidovun rəqibi, müstəqil namizəd Ramil Göyüşov, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən professor Vüqar Məmmədov, 95 saylı Seçki Dairəsindən Vüqar Əliyev, 46 saylı Seçki Dairəsindən Əsmər Əliyeva, 79 saylı İmişli Seçki Dairəsindən İlqar Hüseynli, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən Raqif Muradov, 105 saylı Tovuz Seçki Dairəsindən Qənirə Paşayeva, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Xəyal Məmmədxanlı, 12 saylı Seçki Dairəsindən Turabxan Turabxanlını və digər namizədlərin fəal seçki kampaniyaları diqqəti çəkir.

Hələlik seçki kampaniyasının ilk həftəsi arxada qalıb. Əgər qarşıdakı günlərdə eyni mənzərə təkrarlanacaqsa, bu Azərbaycanda siyasi partiyaların ölkənin siyasi sistemindəki yerlərini tam itirdiklərinin təsdiqi olacaq. Bu isə Azərbaycanın siyasi inkişafdan nə qədər geridə qaldığını göstərən olduqca kədərli mənzərədir.

“AzPolitika.info”

635x100

Şərhlər

faiq 2020-01-31 16:16:18

46 sayli dairədən ƏSmər Əliyeva öz hərəkətləri ilə təbligat ənənələri yaratdi. ondin sonna namizədlər uli opnderin bustunu ziyarət etməyə əklil aparmaga, aprel səhidlərini yad etməyə başladılar. kor kor gör gör

Gunay 2020-01-25 18:31:58

Esmer Eliyeva, iller sonra senin sayende deputat a, seckilere inam yarandi.Layiqli namizedim!

Gunay 2020-01-25 18:31:17

Esmer Eliyeva, iller sonra senin sayende deputat a, seckilere inam yarandi.

Binəqədi sakini 2020-01-23 22:12:00

Azay Quliyev imza vərəqələrini hansı rayonda doldurub?Bu vərəqələri yoxlayan olubmu?Axı Binəqədi camaatı ona imza etməyib!

tural 2020-01-23 20:38:50

Əsmər Əliyeva!

Mühasib 2020-01-23 17:40:22

YAP-ın 125 deputatlığa namizədlərindən 80-85-nin deputat ediləcəyi ehtimalı var.Çünki onlar seçki prosesindəə ( MSK-nın və DSK-nın tərkibləri əsasən onlardan ibarətdir və böyük saxtakarlıq təcrübələri var. Ondan qalan 20-25 Milli Məclisdə heç bir ab-hava yaratmadığından yenə YAPöın məsləhət bildiyi digər partiyaların quzu namizədləri olacaq.İnşaallagh seçki səhəri bunu görəcəksiniz.fc

Vətəndaş 2020-01-23 17:36:14

Bu nömrəni başa düşmək üçün elə bilik,təcrübəyə ehtiyac yoxdur.Partiyalar , məsələn YAP 125 deputatı olan Milli Məclisə 125 namizəd verib.Digər partiyalar da toplam elə bu qədər namizədlər göstərib.Bu partiyaların bəzü üzvləri özlərini qeyri-qanuni olaraq müstəqil namizəd kimi irəli sürüblər.Belə halda 125 deputatın kimlərdən ibarət olacağını və ya kimlərin əsas siyahidə olduqlarını seçki sabah hamı görəcək.Bu insanları çaşdırmaq üçün yeni fikirləşilmişyoldur.Saxtakarlıq davam edir.

Araşdırmaçı 2020-01-23 17:10:13

Elə müstəqillər də həmin partiyaların üzvlridir.Belə nömrələr əslində qanuna ziddir.Əgər partiy öz üzvünü siyahisinə salmayıbsa,həmin partiya üzvlərinin müstəqil adı ilə seçkiyə getməsi doğru deyil.Əgər həmin üzvlər müstəqil namizəd olmaq istəsələr,öncə partiyalarından rəsmi istefa verməlidirlər.Əgər bu olmayıbsa,onların namizəd kimi qeydə alınmaları saxtakarlıqdır.Bunu guya Məzahir Pənahov bilmir? Ona görə namizədlər yenidən saf-çürük edilməlidirlər.ge'

Son yazılar