Menu

Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi

25.11.2024, 21:33
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi

"Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

"AzPolitika" "yenisabah.az"a istinadən xəbər verir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

"Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.

Şərhlər

Müəllim 2024-11-26 09:58:36

Bu ailə daxili yerdəyişmə kimə maraqlıdır?Onsuz da özəl universitetlər açıq bazardır.Hökumət kənardan baxır.

ƏNHU 2024-11-26 02:06:04

Məqaləni şəxsi arxivimin qızıl fonduna daxil etdim və dostlarımı güldürmək üçün lingi onlara da atdım.

ƏNHU 2024-11-26 00:15:01

Təəccüblü nə var ki? Adamlar ailə podratını elmə tətbiq ediblər. ....

Kohne 2024-11-25 22:42:37

CƏNGƏLLIKDE YAŞAYANLAR...YƏNI BIZLER....

Cəmşid Dərələyəzli 2024-11-25 18:36:20

Azərbaycanda olan şeydi. Ona görə də Təccüblü gəlmədi. Olaki də şəxsi bir obyektdə ola bu dəyişiklik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol