Menu

Səfər Əbiyev yeni vəzifəyə göndəriləcək

28.10.2013, 12:50
Səfər Əbiyev yeni vəzifəyə göndəriləcək

Son kadr dəyişikliyi ilə vəzifəsindən uzaqlaşdırılan müdafiə naziri Səfər Əbiyevə yeni vəzifə verilə bilər. Bu barədə qəzetimizə açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə dövlət başçısının sərəncamı ilə S.Əbiyevə yenə vəzifə veriləcək.

“Məndə olan məlumata görə, çox yaxın vaxtlarda onu indikindən az əhəmiyyətli olmayan vəzifəyə təyin edəcəklər”, deyə Ü.Cəfərov vurğulayıb.

Ümumiyyətlə, hakimiyyət ənənəsi nəzərə alınarsa vəzifəsindən uzaqlaşdırılan nazirlər bir qayda olaraq ya xarici ölkələrə səfir göndərilirlər, ya da onlara hökumətdə başqa bir post həvalə olunur. Əvəz Ələkbərov istisna olmaqla hakimiyyətdə vaxtilə mühüm post tutanlar “diqqətdən” kənarda qalmayıblar. Buna misal olaraq MTN-nin keçmiş rəhbəri Namiq Abbasov, keçmiş xarici işlər naziri Vilayət Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev, BŞBPI-nin sabiq rəisi Məhərrəm Əliyev, baş prokuror Eldar Həsənovun xarici ölkələrə səfir göndərilməsini göstərmək olar. Bu baxımdan 1995-ci ildən müdafiə naziri posutunu tutmuş şəxsin də yeni təyinat alacağı istisna edilmir. (azadıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol