Menu

Bakıda iki avtomobil oğurlanıb

25.01.2020, 16:05
Bakıda iki avtomobil oğurlanıb

Bakıda iki avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Bağırova məxsus “TOFAŞ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qurbanov saxlanılıb.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Tinatiyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N. Stepanov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol