Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib

Ukrayna prezidenti Vladimir Zelenski 2019-cu ildə 97 vətəndaşı əfv edib.“Report”un məlumatına görə, bu barədə Ukrayna prezidentinin ofisi bildirib.

"Ukrayna prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabra qədər 97 nəfər əfv edilib", - deyə dövlət başçısının ofisinin "Ukrayna xəbərləri" agentliyinin sorğusuna cavabında bildirilir.

Qeyd edilir ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir.Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilmir. 

635x100

Şərhlər

vuqar 2020-01-26 19:15:33

Humanist addimdir amma efv ederken efv olunanlarin coxu eyni emeli 10-100.qatini toredib geriye zindana donurler!Allah bundan qorusun!

Son yazılar