Menu

Bakıda evdən 6000 manatlıq oğurluq edən şəxs tutulub

27.01.2020, 15:45
Bakıda evdən 6000 manatlıq oğurluq edən şəxs tutulub

Bakıda evdən 6000 manatlıq oğurluq edən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Ç.Dadaşov saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol