Menu

Turabxan Turabxanlı seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

27.01.2020, 17:06
Turabxan Turabxanlı seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

12 Saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Turabxan Turabxanlı seçicilərlə görüşlərini davam etdirir.

Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, o bu gün Lökbatan qəsəbəsində seçicilərlə bir araya gəlib. Məlumatda qeyd olunur ki, Turabxan Turabxanlı seçicilərinə platforması barədə məlumat verib, bölgənin problemləri, vətəndaşların üzləşdiyi çətinliklərdən çıxış yolları barədə təkliflərini açıqlayıb, onlara təşviqat materialları verib.

T.Turabxanlı kampaniya müddətinin iki həftəsini dairə ərazisində qapı-qapı gəzərək əksər seçicilərlə birbaşa ünsiyyətdə olmaq, onları öz platforması barədə məlumatlandırmaq niyyətindədir. Bununla yanaşı namizəd qarşıdakı günlərdə seçicilərlə kütləvi görüşlər də keçirəcək. İlk belə görüşün fevral ayının birində – şənbə günü saat 11:30-da Lökbatan qəsəbəsi Ə.Əmirov adına Mədəniyyət Sarayında keçirilməsi nəzərdə tutulur.








Şərhlər

Hafiz Babayev 2020-01-27 22:05:55

Turabxan müəllim sizə inanırıq! Bizə dəstək verdiyiniz üçün təşəkkür edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol