Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiyatda olan general-mayor Anatoliy Vasyakı (Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisini, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti olmuş adamı) nazirlikdə yeni vəzifəyə təyin edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq əməkdaşı, plkovnik Üzeyir Cəfərov məlumat yayıb.
Son günlər Müdafiə Nazirliyində baş verənlərlə bağlı "ilk və mötəbər mənbə" rolunu oynayan polkovnikin yaydığı xəbərə görə, Vasyak MN-də yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edib. Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ən yaxın dostlarından və sirdaşlarından biridir.
Qeyd edək ki, bu fakt Müdafiə Nazirliyinin yeni rəhbərliyinin Rusiya meyilli şəxs olduğna dair "AzPolitika.info"nun yazdıqlarını bir daha təsdiqləyir. 9 oktyabrdan sonra ölkədə real hakimiyyəti ələ keçirən Rusiya meyilli qüvvələr Azərbaycanı Qərblə üz-üzə qoymaqla yanaşı, hakimiyətin bütün qolarında möhkəmlənirlər.
Vaqif
AzPolitika.info


Şərhlər