Bu gün Cenevrədə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş davam edib.
“Report” xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilib.
Xatırladaq ki, dünən tərəflər arasında görüş 7 saat davam edib.


Şərhlər