Menu

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

01.02.2020, 13:09
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış.

Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə iki tərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol