Menu

Beşiktaş qalib gəlib, "Fənərbağça" "Trabzonspor"a uduzub

01.02.2020, 23:15
Beşiktaş qalib gəlib, "Fənərbağça" "Trabzonspor"a uduzub

Türkiyə Superliqasında XX tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.

Aşağı pillələrdə qərarlaşan "Antalyaspor"la "Konyaspor" qolsuz bərabərliklə kifayətləniblər.

"Beşiktaş" yeni baş məşqçisi Sərgən Yalçının rəhbərliyi altında ilk matçına çıxıb. "Ağ-qaralar" Rizədə "Çaykur Rizəspor" üzərində minimalhesablı qələbəyə seviniblər.

Turun mərkəzi oyunu Trabzonda keçirilib. Turnir cədvəlində qonşu olan "Trabzonspor"la "Fənərbağça" üz-üzə gəliblər. İstanbul təmsilçisi matça qolla başlasa da, "bordo-mavililər" əzmkar qələbə qazanmağa müvəffəq olublar. Bu qalibiyyətlə "Trabzonspor" turnir cədvəlində rəqibini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.

Turun digər oyunları sabah və birigün keçiriləcək.

Türkiyə Superliqası

XX tur 

1 fevral

"Antalyaspor" - "Konyaspor" - 0:0

"Çaykur Rizəspor" - "Beşiktaş" - 1:2 

Skoda, 36 - Burak Yılmaz, 29; Gökhan Gönül, 79 

"Trabzonspor" - "Fənərbağça" - 2:1 

Sorlot, 15; Novak, 32 - Kruz, 1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol