Bu gün - 03 fevral 2020-ci il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib. Bu barədə "AzPolitika.info"nun elektron poçtuna göndərilən məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, bu gün Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Babayeva Gülnar Rauf qızı doğum şöbəsində qeysəriyyə əməliyyatı olunub: "Lakin əməliyyatdan sonra xəstənin qan təzyiqi düşüb... Xəstə təkrar əməliyyata götürülüb. Elə əməliyyat vaxtı da vəfat edib".
Xəstənin qan təzyiqinin kəskin düşməsi isə əməliyyat vaxtı həkimin iri arteriya damarını kəsməsi ehtimalı ilə bağlanır. Ancaq başqa səbəblərin olması da istisna edillr.
Əməliyyatları həmin xəstəxananın mama-ginekoloqu Qahir İsayevin etdiyi bildirilir.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə isə doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
O da qeyd edilir ki, vəfat edən ananın evdə 1 az yaşlı uşağı qalıb. Yeni doğulmuş körpənin də salamat olduğu vurğulanır.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün əsas səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Məlumatı Səhiyyə Nazirliyi ilə dəqiqləşdirmək cəhdimiz baş tutmadı.


Şərhlər